Səyyar ticarət qaydalarına dəyişiklik edildi

20 May 2015 04:17 (UTC+04:00)

Havaların istiləşməsi Bakıda küçə ticarəti ilə məşğul olmaq istəyənlər də çoxalmasına səbəb olub. Ancaq bu ildən səyyar ticarətə icazə verilməyəcək. İcazəsiz məşğul olanları nə gözləyir?

Səyyar ticarət qaydalarına dəyişiklik edilib. Bakıda mövsümi səyyar ticarətinə qadağa qoyulub. Səbəb şəhəri səliqəsiz göstərən vasitələrin aradan qaldırılması, Bakıda müasir ticarət şəbəkələrin qurulmasıdır.

Mövsümi səyyar ticarətlə məşğul olmaq üçün 40-dan çox müraciət daxil olub. Bunların arasında mövsümi çayxanalar da var. Bununla yanaşı, küçədə su və dondurma satışı da yığışdırlacaq.

Yeni qadağalar paytaxtın mərkəzi əraziləri üçündür. Ancaq Bakıətrafı ərazilərdə, eləcə də çimərliklərdə icazə veriləcək. İcazəsiz küçə ticarəti ilə məşğul olanlara dərhal müdaxilə ediləcək

Qadağalardan biri də şəhərin mərkəzi yerlərində fəaliyyət göstərən açıq su satışına olacaq. Səbəb isə həm xəstəlik mənbəyi hesab edilməsi, həm də şəhərin görkəmini pozmasıdır. Qadağalar növbəti illərdə də tətbiq olunacaq.