Gənc müəllimlər üçün iş təklifi

19 May 2015 10:09 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetində "Gənc müəllimlər" layihəsinə start verilib. Universitetdən SİA-ya verilən xəbərə görə, layihənin həyata keçirilməsində məqsəd özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri Azərbaycan Dövlət İqtisad Universitetinə cəlb etməkdir.

Yaşı 30-a qədər olan magistr təhsilli gənclər layihədə iştirak etmək üçün sənəd təqdim edə bilər. Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

Tələblərə cavab verən namizədlər mövcud qanunvericiliyə uyğun olaraq ADİU-da işə qəbul ediləcəklər.

Layihədə iştirak etmək istəyənlər CV-lərini 18 iyun 2015-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilər.