Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yeni pambıq sortlarının sınaqdan keçirilməsinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, builki tədqiqatlar çərçivəsində dünyanın müxtəlif ölkələrindən gətirilən 840-dan artıq pambıq sortu sınaqdan keçirilir. Bunlar Hindistan, Pakistan, ABŞ və digər ölkələrdə istifadə olunan sortlardır. Hər bir pambıq sortu nömrələnərək əkilir ki, gələcəkdə hansı sortun yerli iqlimə necə uyğunlaşmasını rahat şəkildə müəyyən etmək mümkün olsun. İlkin şərt daha tez yetişən sortun müəyyən edilməsidir. Çünki pambıqçılıqda xəstəlik və zərərvericilərə davamlı yüksək lift sortlarının əldə olunması başlıca amildir. Qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritetlərindən biri olması, eləcə də bu ilin respublikada "Kənd Təsərrüfatı İli" elan edilməsi nəzərə alınarsa, pambıqçılığın rolunun getdikcə artdığını vurğulamaq olar.
Qeyd edək ki, son illər ərzində aparılan tədqiqat işləri nəticəsində 10-a yaxın yeni pambıq sortu əldə olunub ki, bu gün də həmin sortlar yüksək məhsuldarlıq verir.
.jpg)
.jpg)
İlham Məmmədzadə