Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib. SİA-nın məlumatına görə, Ukraynanın "Dnepr" klubu öz meydanında İtaliyanın "Napoli" komandası ilə qarşılaşıb. Meydan sahibi 1:0 hesabı ilə qələbə qazanıb və finala çıxıb. İlk oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
İtaliyanın "Fiorentina" klubu isə İspaniyanın "Sevilya" komandasını qəbul edib. "Sevilya" səfərdə 2 cavabsız qolla qalib gəlib və finala vəsiqə qazanıb. İlk oyunda isə "Sevilya" 3:0 hesabı ilə qalib gəlmişdi.
15 may
Avropa Liqası
Yarımfinalın cavab oyunları
"Dnepr" (Ukrayna) - "Napoli" (İtaliya) 1:0
Qol: Seleznyov, 58 (1:0)
(İlk oyun -1:1)
"Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) 0:2
Qollar: Bakka, 22 (0:1), Karriko, 27 (0:2)
(İlk oyun 3:0)