Azərbaycanın Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli tutduğu vəzifədən azad olunub. SİA-nın xəbərinə görə, Azər Mənsimli öz xahişi ilə vəzifəsindən uzaqlaşdığını bildirib: "Bundan sonra o özümü biznes sahəsində sınamağa çalışacam. 10 ilə yaxın idi ki, Energetika Nazirliyinin mətbuat katibi kimi çalışmışam. Bu gündən öz xahişimlə bu vəzifədən azad olundum".