"Şuşa" ŞEİR

13 May 2015 14:55 (UTC+04:00)

Orda oldu, ölüm itim,

Şuşam qaldım sənsiz yetim

Mamır olub daşda bitim

Qayaların alam Şuşa

Gəzdim səni qarış-qarış

Aramıza düşdü sərt qış

Küsmüsənsə mənlə barış

Göndərirəm salam Şuşa

Dağlarının ətəyində

Arı şanı pətəyində

Xarıbülbül çiçəyində

O seyrinə dalam Şuşa

Sirrlərini dağlar bilir

Axan çaylar çağlar bilir

Ölən öldü, sağlar bilir

Basılmazdı qalam Şuşa

Həsrətinə dözə dözə

Hüseyn qəlbi baxmaz sözə

Qan sızacaq, bax bu gözə

Zəfər cəngi çalam Şuşa

Nə qədər ki,varam Şuşa...

Hüseyn Həkimi