Marsın kolonizasiyalaşdırılması mümkün deyil

6 May 2015 11:30 (UTC+04:00)

Amerikanın kosmik tədqiqatlar institunun ekspertləri Mars planetinin kolonizasiyası zamanı baş verə biləcək müxtəlif problemlər üzərində araşdırmalarını davam etdirirlər. Belə ki, bu yaxınlarda son bir neçə ildə ekspertlər tərəfindən araşdırılaraq üzə çıxarılmış problemlərin ən təhlükəlisi barədə məlumat verilib. SİA "globalscience.ru"-ya istinadən xəbər verir ki, ehtimal olunan nəticələrə görə, Marsa səfər edəcək ilk astronavtları kosmik məkanda güclü radiasiya şüalanması gözləyir. Alimlər hesab edirlər ki, bu amil Marsın kolonizasiyasılaşdırılması ilə bağlı oraya səfər edəcək insanların həyatına çox ciddi təhlükə yarada bilər.

Sözügedən məsələnin daha rahat anlaşılması üçün amerikalı tədqiqatçılar Marsda baş verəcək kosmik şüalanmanı MRT-rentgen aparatının ekvivalenti ilə müqayisə ediblər. Belə ki, şüalanma həmin aparatın verdiyi radiasiyadan beş dəfədən çox olacaq ki, bunun da nəticəsi yalnız həyatın itirilməsi ilə sona çatacaq.

Rövşən Nurəddinoğlu