Yaşar Yusub 1 həftəyə nə edəcək?

6 May 2015 10:44 (UTC+04:00)

Müğənni Yaşar Yusub repertuarına rəngarənglik qatacaq. SİA-ya bu haqda açıqlama verən ifaçı yaradıcılığında yenilik edəcəyini deyib: "Hazırda yay mövsümünə uyğun mahnı üzərində çalışıram. Ritmik bəstədir. Hələ ki, mahnıya ad qoymamışam. Bəstənin sözləri teleaparıcı Cavid Gülə, musiqisi özümə, aranjimanı Eşqinə aiddir. Mahnı 1 həftəyə hazır olacaq".