AFFA-nın təşkil etdiyi futbol üzrə U-19 qızlar liqasının qaliblərinin Bayıl stadionunda mükafatlandırılması mərasimi keçirilib. U-19 qızlar liqasinin qalibi "Real SD" komandası olub. İkinci yeri "Zaqatala", üçüncü pilləni isə "Sumqayıt" komandası tutub. Liqanın ən yaxşı futbolçusu Aysun Əliyeva (Real SD) seçilib. Məhsuldar oyunçu isə "Zaqatala" komandasının üzvü Sevinc Cəfərzadə olub.
Tədbirdə 17 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmalarının baş məşqçiləri Siyasət Əsgərov və Patrisiya Qonzales, "Təhsil" idman məktəbinin direktoru Pirəli Rəhimov və "Real SD" klubunun rəhbəri Mehman Kərimov iştirak ediblər.