Ceyhandan 5 milyon 925 min 281 ton xam neft ixrac edilib

4 May 2015 15:36 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin aprel ayında Novorossiysk limanından 84 min 701 ton, Supsa limanından 254 min 164 ton, Ceyhan limanından 1 milyon 370 min 882 ton xam neft ixrac edib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 min 486 ton, Supsa limanından 1 milyon 16 min 454 ton, Ceyhan limanından isə 5 milyon 925 min 281 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.