"Vətəndaşların mənafeyi nəzərə alınmalıdır". Bu sözləri SİA-ya açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Cavid Cəfərov deyib.
Onun sözlərinə görə, müqavilələrin dollarla bağlanıb manatın kursuyla ödənişi qeyri - obyektivlikdir. Bununla bağlı Mayın 7-si Konstitusiya Məhkəməsi qərar qəbul edəcək: "Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda hər iki tərəfin, həm banka borcu olan, həm də bankda pulları yatan vətəndaşların mənafeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının mülkü məcəlləsinin 439-cu maddəsində 1, 2, 7-ci bəndlərində göstərilən hissələrdəki məsələlərə tam aydınlıq gətiriləcək. Amma artıq maddi hüquq norması olan mülki məcəllədə konkret əksini tapıb ki, müqavilə öhdəlikləri müqavilə bağlanan zaman yaranan öhdəliklərdir. Artıq müqavilə bağlananda öhdəliklər yaranmışdı. Lakin devalvasiyadan sonra manatın dəyərdən düşməsi, dolların qalxması ilə əlaqədar həmin dövrdə müqavilələr dollarla bağlanırdı amma manatın kursuyla ödənilirdi. Bu da bir qədər qeyri obyektiv idi və vətəndaşların böyük narazılığına səbəb oldu. Hətta bunula bağlı hüquqşünas alimlər, Ali Məhkəmənin hakiminə qədər münasibət bildirdi ki, ödəniş müqavilə bağlanan zaman manatın kursunun məzənnəsi ilə ödənilməlidir. Təbii ki, ayrı-ayrı səbəblər hüquq norması kimi qəbul oluna bilməzdi. O nöqteyi nəzərdən Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan ombudsman və Göyçay Rayon Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etdi. Artıq müraciətdə həmin məsələlər konkret öz əksini tapacaq. Mayın 7-də Konstitusiya Məhkəməsi pleniumda bu məsələyə baxılıb, qərar qəbul olunacaq. Konstitusiya Məhkəməsi pleniumunda qəbul olunan qərarlar qətidir, heç bir müzakirə oluna bilməz və yerinə yetiriləcək".
Səbiyyə Əliyeva