Reper bu il də ənənəsinə sadiq qalacaq

30 Aprel 2015 14:47 (UTC+04:00)

Reper Qurddan yeni xəbər var. SİA-ya bu haqda reperin prodüseri Cavid Rəbbani məlumat verib: "Qurd 3 ildir ənənəsinə sadiq olaraq bu il də sevənlərinin qarşısına çıxacaq. Belə ki, iyul ayında möhtəşəm konsert verəcək. İlbəil konsertdə dəyişiklik olur. Bu mövsümdə konsertin təşkilatçısı olaraq yeniliklər edəcəm. Belə ki, gecədə iki özəl tanınmış müğənnilərimiz olacaq. Onların hazırda kim olduqlarını deyə bilməyəcəm. Çünki hələ ki, danışıqlar gedir. Səbəbkar konsert zamanı gecəyə gələnlərə unudulmaz anlar yaşadacaq. Qurd konsert zamanı repertuarında olan mahnıları və yeni lentə aldırdığı bəstələri səsləndirəcək. İnanırıq ki, dinləyicilər hər il olduğu kimi, bu il də konsertdən razı qalacaqlar".