"Biləsən" ŞEİR

30 Aprel 2015 09:42 (UTC+04:00)

Azıb gedə biləsən,

Səslə boğulmayasan.

Yoxa çıxasan birdən,

Bir də doğulmayasan.

Yavaşca qeyb olasan,

Sonsuzluqdan çıxasan,

Qəfil unudulasan,

Gözə toxunmayasan.

Yad məktuba dönərək,

Geri göndərilərək,

Əllərdə əzilərək,

Cibə soxulmayasan.

Sevgilərin zilindən,

Adamların dilindən,

Allahın da əlindən,

Yerə yıxılmayasan.

Xanım İsmayılqızı