AMEA-nın akademik-katibi vəzifəsinə seçkilər keçirilib

29 Aprel 2015 17:19 (UTC+04:00)

AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında akademiyanın akademik-katibi vəzifəsinə seçkilər keçirilib. SİA xəbər verir ki, rəhmətə gedən akademik-katib, vitse-prezident Akif Hacızadənin yerinə təyinat olub.

İclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, hələlik vitse-prezident vəzifəsini vakant saxlamaq niyyətindəyik: "Amma akademik-katib vəzifəsini icra edən namizəd mütləq seçilməlidir. Bu yerə Fizika İnstitutunun direktoru Nazim Məmmədov seçilib".

Daha sonra Humanitar və İctimai elmlər bölməsinin akademik-katibləri seçilib. Humanitar elmlər bölməsinə akademik-katib vəzifəsinə Teymur Kərimli, İctimai elmlər bölməsinə akademeeik-katibi vəzifəsinə Nərgiz Axundova, Yer elmləri bölməsinə akademik-katib vəzifəsinə Fəxrəddin Qədirov, Kimya elmləri bölməsinə akademik-katib vəzifəsinə Dilqəm Tağıyev, Fizika-riyaziyyat elmləri bölməsinə akademik-katib vəzifəsinə Nazim Məmmədov, Akademiyanın akademik-katib vəzifəsinə Rasim Əliquliyev, Gəncə bölməsinə rəhbər və akademik-katib vəzifəsinə isə Fuad Əliyev təyin olunub.

İntizarə Məmmədova