Mobil telefonların və digər müasir rabitə vasitələrinin naqilsiz adaptorlarla təmin edilməsi prosesi populyarlıq qazanmaqdadır. Bu baxımdan, smartfon sahibləri öz telefonlarını məhz bu kimi adaptorla təchiz olunmasına çalışırlar. Lakin sizin smartfonunuz belə adaptorları dəstəkləmirsə, "Duracell-Power Ring" şirkətinin təqdim etdiyi yeni naqilsiz adaptorlarından istifadə edə bilərsiniz. Belə ki, sözügedən aksessuar üzük formasında istehsal olunub və sadəcə hava vasitəsilə smartfonları, eləcə də planşetləri cərəyanla təmin edir.
Lakin buna qədər həmin adaptorun özünü adaptorla təmin etmək lazımdır. Belə ki, xüsusi cihaz elektrikə qoşulmaq vasitəsilə 220 V cərəyan toplamalıdır. Adaptor isə həmin cihazın üzərində bir müddət qalmalıdır. Daha sonra həmin adaptor istənilən yerdə, heç bir naqilə ehtiyac duyulmadan smartfonları cərəyanla təmin edə bilər.
Rövşən Nurəddinoğlu