"Birinci Avropa Oyunlarına qarşı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması ölkəmizə qarşı qərəzdən və ədalətsiz yanaşmadan başqa bir şey deyil". Bu fikirləri SİA-ya YAP Qazax rayon təşkilaltının sədri Həmid Pənahov son zamanlar Qərb siyasi dairələrinin və qərəzli təşkilatların ölkəmizə qarşı başlatdıqları qarayaxma kampaniyalarına münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, bu kimi təşkilatlar hər zaman Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz mövqe sərgiləyirlər. Ancaq hər dəfə də istədiklərin nəticəni əldə edə bilmirlər: "Azərbaycan müstəqillik əldə etdikdən bu yana bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları bir dəfə olsun belə ölkəmizlə bağlı ədalətli, ikili standartlardan uzaq bəyanat, hesabat yaymayıb və ya çağırış səsləndirməyiblər. Bu təşkilatlar sanki əvvəlcədən sözləşiblərmiş, eyni dirijor çubuğu ilə idarə olunurlarmış kimi hər zaman ölkəmizə qarşı eyni və olduqca haqsız, əsassız, ədalətsiz mövqe nümayiş etdiriblər. Elə məqam, an gözləyirlər ki, Azərbaycanla bağlı nifrətlərini, məkrli niyyətlərini ortaya qoysunlar".
Partiyaınn rayon təşkilatının sədri həmçinin bildirib ki, onlar əgər sözün həqiqi mənasında insan hüquqlarının müdafiəsi ilə məşğuldurlarsa, o zaman niyə Ermənistanın 27 ildən bəri davam edən təcavüzkarlıq, işğalçılıq siyasəti barədə bir kəlmə olsun danışmırlar, demirlər: "Hüquqları kobudcasına tapdalanan 1 milyondan çox məcburi köçkünümüzün haqlarını müdafiə etmir, Ermənistana qarşı təzyiq, təsir metodlarının işə salınması, ona sanksiyalar tətbiq olunması çağırışında bulunmurlar. Budurmu, onların hər gün bar-bar bağırdıqları insan haqlarının müdafiəsi?! Budurmu, onların ədalətin keşiyində dayanması?! Açıq-aşkar görünən odur ki, onların belə niyyətləri yoxdur, onlarlın niyyətləri tamam başqadır. Onlar erməni havadarlarının, erməni lobbi qruplarının təsiri və himayəsi altında "fəaliyyət" göstərirlər"".
"Azərbaycanın əleyhinə yönəlmiş çağırışlarına ciddi əhəmiyyət verməyinə dəyməz"-deyə qeyd edən Həmid Pənahov onu da bildirib ki, onların addımlarına, çağırışlarına cavab, reaksiya verdikcə özlərini "dəyərli" hesab edirlər, özlərini qaldırıb dağ başına qoyurlar: "Ancaq onu deyə bilərəm ki, Azərbaycan indiyə kimi bir çox nüfuzlu beynəlxalq təbdirlərə yüksək və etraf olunan səviyyədə ev sahibliyi edib. Nə qədər çalışsalar da, bu tədbirlərin keçirilməsinə, gedişinə mane ola bilməyiblər və bundan sonra da mane ola bilməyəcəklər. Azərbaycan Birinci Avropa Oyunlarına da uğurla və yüksək səviyyədə evsahibliyi edəcək. Qoy hamı, eləcə də həmin anti-Azərbaycan, ermənipərəst təşkilatlar və dairələr də buna tam əmin olsunlar".
Rəfiqə Kamalqızı