"Ayrılaq" ŞEİR

28 Aprel 2015 11:18 (UTC+04:00)

Necə əllərinə toxunsun əlim

Bizim taleyimiz ayrılıb gülüm.

İstəyirsən yenə yanına gəlim

Yenə də bir yerdə olaq ayrılaq.

Ayrıldıq yenidən qovuşaq niyə

Biz ki qoymamışıq onu sərgiyə.

Bu cür məhəbbətə, bu cür sevgiyə

Heyifdi vurmayaq calaq ayrılaq.

Nə gərək boş yerə səni gözlədim

Çıxım həyatından yox olum gedim.

Nə sən mənə zəng et, nə mən zəng edim

Axırda çarəsiz qalaq ayrılaq.

Nə qaldı yadigar qalası bizdən

İki manat sən ver, iki manat mən.

Son dəfə birləşib kitab evindən

Ayrılıq kitabın alaq ayrılaq.

Səndən nə gizlədim keçir ömür gün

Onsuz biləcəksən hər şeyi özün.

Gəl belə eliyək ayrılıq günün

Mənim toy günümə salaq ayrılaq.