Böyük Vətən Müharibəsi iştirakçılarına, eləcədə bu müharibədə həlak olan və ya sonradan dünyasını dəyişən şəxslərin həyat yoldaşlarına, o cümlədən arxa cəbhədə müxtəlif orden və medallarla təltif olunan şəxslərə birdəfəlik yardımların verilməsi ilə bağlı Prezident İlham Əliyev 13 aprel tarixli sərəncamının icrası artıq yekunlaşıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, sərəncamdan irəli gələn məsələlər Göygöl rayonunda tam həyata keçirilib. Dövlət Müdafiə Fondunun Göygöl rayon şöbəsi tərəfindən rayon üzrə bu kateqoriyadan olan şəxslərə və ya onların yaxınlarına yardımlar artıq paylanılıb. Bu məqsəd üçün rayonda yaşayan şəxslərə 60 min 246 manat məbləğində dövlət tərəfindən vəsait ödənilib. Fərmandan 3 gün sonra Göygöl rayonunda vəsaitlərin ödənilməsi tam təmin olunub.
"Həmin vəsaitlər 14 nəfər iştirakçıya hər birinə 800 manat olmaqla, dünyasını dəyişən 94 nəfər müharibə veteranının dul arvadlarına hər biri 400 manat və arxa cəbhədə xidmətlərinə görə, orden və medallarla fərqlənən 24 nəfərin hər birinə 400 manat ödənilib. Vəsait keçdikdən sonra hər bir nəfərə zəng olunub və vəsaitlərin onların hesablarına köçmələri ilə bağlı məlumat verilib" - deyə, DSMF-nun Göygöl rayon şöbəsinin müdiri Ruslan Əliyev bildirib.
İlham Məmmədov