Şahbaz Quliyev əməliyyat olundu

27 Aprel 2015 10:46 (UTC+04:00)

Kəlbəcərdə girov götürülən və hazırda Xankəndidə saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub. SİA-nın "Kavkazskiy uzel" portalına istinadən verdiyi məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndidəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı "Helsinki təşəbbüsü-92" ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş. Quliyevə baş çəkib. Onlar Ş. Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.