Bakıda bina yanır FOTOLAR

25 Aprel 2015 13:00 (UTC+04:00)

Bu gün Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, tikilməkdə olan binanın zirzəmisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Təcili Tibbi yardım cəlb olunub. Heç bir mediaya açıqlama verməyən tikili rəhbərliyi hadisənin təfərrüatlarını, səbəbini və dəymiş ziyanı sirr olaraq saxlamaqda davam edib.

Qeyd edək ki, artıq bir neçə saatdır yanmaqda davam edən binadan hazırda qara tüstü yüksəlir. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülməyə çalışılır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Səbiyyə Əliyeva