Gəncədə Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib FOTO

24 Aprel 2015 16:21 (UTC+04:00)

Türkiyənin Gəncədəki Baş Konsulluğunda bu ölkənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hər iki ölkənin dövlət himni səsləndikdən sonra tədbir açıq elan olunub. Çıxış edənlər Türkiyə Cümhuriyyəti və Azərbaycanın tarixi bağlılığından söz açıblar.

Bildirilib ki, iki ölkənin sevinci, kədəri ortaqdır və bu qardaşlığın bariz ifadəsidir. Uşaqlara hörmət və onların qayğısını çəkmək ən böyük mədəni dəyərimiz olub. Bu təqvimdə bir günün onlara həsr edilməsi bu hörmətin göstəricisidir. Daha sonra qonaqlar Gəncə şəhəri 1 saylı tam orta məktəbin şagirdləri və 2 saylı internat evinin azyaşlı sakinlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.

İlham Məmmədzadə