Çay paketlərində pivə

23 Aprel 2015 22:23 (UTC+04:00)

"Newsland" xəbər verir ki, Amerika sahibkarı Bobbi Qattuzo çay paketlərinə bənzər qablaşdırmada pivə buraxmağa imkan verən məhsul işləyib hazırlayıb. Paket-saşeyə müxtəlif qatışıq, o cümlədən mayaotu, hil tumları və hətta portağal qabığı doldurulur. Bir paket dörd badəyədək pivə düzəltməyə imkan verir. Buna görə birinci badədən sonra yeni paket-saşeydən istifadə etməyə ehtiyac yoxdur.

Qeyd edilir ki, hər bir paketdə bir porsiya üçün təqribən 5 kalori var.

Bobbi Qattuzo öz layihəsini "Kickstarter" saytında yerləşdirib və onu həyata keçirmək üçün 42 günə 25 min dollar toplamağı planlaşdırır.