Ağcabədi rayonunun Təzəkənd kəndində qeyri-adi maraqlı hadisə baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, inək eyni anda 3 bala verib. Belə ki, Kərim Cəfərovun təsərrüfatında bir inəyin 3 balası olub. Təsərrüfat sahibi bildirir ki, 10 ildən çoxdur maldarlıqla məşğul olur. Belə bir hadisənin ilk dəfə şahidi olduğunu deyən, fermerin sözlərinə görə, təsərrüfatında əkiz bala verən inək, bu dəfə 3 bala verib. Buzovların sağlam olması fermeri sevindirir və gələcəkdə bu təsərrüfatı artıracağını deyir.
Qeyd edək ki, baytar həkimi Bakir Həsənov bunun nadir hadisə olduğunu bildirib.
Şamxal Cəliloğlu