Cibgirliyin "axırı"

23 Aprel 2015 13:51 (UTC+04:00)

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 66 saylı xətt avtobusunda Bakı şəhər sakini Daxıl Nəzərovun cibindən 40 manat oğurlayan paytaxt sakini Xaliq Səmədov tutulub.

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.