Mingəçevirdə "Azərsu" ASC-yə məxsus obyektdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində "Azərsu" ASC-yə məxsus ümumi sahəsi 2 kv.m olan taxta konstruksiyalardan ibarət fəhlələrin soyunub-geyinmə otağı yanıb.Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 15:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.