Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin 50 illik yubileyi münasibətilə məktəb Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunacaq. SİA-nın verdiyi məlumata görə, Goranboy şəhər Uşaq İncəsənət Məktəbi 1965-ci ildə uşaq musiqi məktəbi kimi fəaliyyətə başlamış, 1989-cu ildə uşaq incəsənət məktəbinə çevrilmişdir. Məktəbdə 9 ixtisas üzrə (fortepiano, violin, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 273 şagird təhsil alır, 93 müəllim çalışır, bu illər ərzində məktəb uşaq və yeniyetmələrin istedadlarını üzə çıxarılmasında əhəmiyyətli işlər görüb.