Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası təşkil edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayıb. Şəhriyar Əbilov və Seyran Babayevin aparıcılığı ilə keçən tədbirdə əməkdar artistlər Lalə Məmmədova, Nüşabə Ələsgərli, müğənnilər Eldəniz Məmmədov, Samirə Allahverdiyeva, Xuraman Şuşalı, Xatirə İslam, Ayan Babakişiyeva, Elgün Hüseynov, Könül Şıxəliyeva, meyxanaçı Namiq Qaraçuxurlu, Zemfira İbrahimova, Samin Dəniz, Tofiq İsmayılzadə, Ruslan Alışanov, "Dostlar" qrupu, rəqqasə Fatimə, rəqqaslar İlham Kərimli, Etibar Məmmədov, Aysel Əliyeva çıxış edib.
Qeyd edək ki, 22 yaşlı Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır. Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın əməliyyatı üçün sərf ediləcək.