Samboçumuz Avropa çempionu oldu

19 Aprel 2015 14:21 (UTC+04:00)

Azərbaycan samboçusu Rəşad Dünyamalıyev yeniyetmə və gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb. SİA-nın məlumatına görə, Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş çempionatda yeniyetmələr arasında 52 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda gürcüstanlı Ənvəri Latsabidzedən üstün olub. Üçüncü yerə isə rusiyalı Aleksey Xarin və ermənistanlı Xaruryun Sarqsyan çıxıb.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə gənclər arasında yarışan samboçumuz Kamran Əsgərov (62 kq) finalda Ermənistan idmançısı Volodya Sarqsyanı məğlub edərək qızıl medal qazanıb. Yeniyetmələr arasında mübarizə aparan idmançımız Eyvaz Baxşıyev isə 48 kq çəki dərəcəsində bürünc medal qazanıb.