Aprelin 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qan veriblər. SİA-nın Fondun saytına istinadən verdiyi xəbərə görə, müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin qurumlarında da qanvermə aksiyası keçirilib, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də və Azərbaycan İnvestisiya Şirkətində qanvermə aksiyası təşkil olunub.
Nazirliyin digər qurumlarında da xeyriyyə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.