Amerika alimlərinin Naməlum Uçan Obyektlərin (NUO) yerləşdiyi ehtimal olunan sivilizasiyaların axtarışı ilə bağlı apardıqları elmi araşdırmalar uğursuz şəkildə başa çatıb. SİA "Astrophysical Journal"a istinadən xəbər verir ki, kifayət qədər yüksək səviyyədə inkişaf etmiş həmin sivilizasiyalar yer planetindən 100 milyon qalaktika uzaqda yerləşirlər. Bu məlumatlar NASA-ya məxsus infroqırmızı "WİSE" kosmik teleskopunun sayəsində əldə olunub.
Pensilvaniya universiteti tərəfindən hazırlanmış press-relizdə fikirlərini qeyd edən layihənin rəhbəri Ceyson Rayd isə qeyd edir ki, əgər güclü kosmik texnoloji imkanlara və kosmik uçuşlara malik olan sivilizasiya bütöv bir qalaktikanı koloniyalaşdırıbsa, həmin texnikadan əldə edilən enerji infroqırmızı diapazonda iz buraxardı. Lakin infroqırmızı "WİSE" kosmik teleskopu bu kimi məlumatları toplamaq gücündə deyil.
Layihədə iştirak edən astronomlar isə bildirirlər ki, onlar "WİSE" kosmik teleskopu vasitəsilə qalaktikaya məxsus bütün kataloqları öyrəniblər və müəyyən ediblər ki, orada yüz minlərlə obyektlər var. Nəticəyə gəlinib ki, həmin qalaktikaların yaşı bir neçə milyard ilə yaxındır. "Bu müddət isə NUO-ların yerləşdiyi qalaktikaların ən yüksək səviyyədə inkişaf etməsi üçün yetərlidir" -deyə, Rayt bildirib.
Rövşən Nurəddinoğlu