"Son statistik göstəricələrə baxsaq, verilmiş kreditlərin həcmi 2014-cü ilin mart ayının 1-i ilə müqayisədə 32,1% artıb, onun 78,2%-i və ya 16,2 mlrd. manatı uzunmüddətli olub. Kreditlərin 1,1 mlrd. manatının və ya 5,5%-nin ödəmə vaxtı keçib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. Onun sözlərinə görə, bu gün bankların ən böyük bəlası problemli kreditlərdir. Bu prosesin öhdəsindən gələ bilməyən banklar daha sonra məcbur olaraq ixtisarlara gedirlər: "Bu nə deməkdir? Səbəb aydındır bankların hesabatlarına baxsaq kredit portfelinin çox hissəsini qaytarılmayan borclar təşkil edir. Bu da banklardakı likvididliyi aşağı salır. Yəni nağd pul problemi yaradır. Nəzərə alsaq ki, bankın daxili xərcləri var, filialların saxlanılması, əmək haqqların verilməsi, dividendlərin imtiyazlarının səhmdarlara verilməsi, komunikasiya xərcləri, depozitlərə əlavə olunacaq faizlər, xarici institutlar qarşısındakı öhəliklər və s. Təbii ki, likvididsizlik şəraitində bütün bunların öhdəsindən gəlmək çətin olacaq. Təbii ki, həmçinin sosial problemlərə, işsizlik təhlükəsinə bu proses yol açır. Biz eşidirik ki, bəzi banklar işçi ixtisarlarına gedir, iş departamentlərin birləşdirilməsi hansı ki, bu da müəyyən qədər iş prosesinə mənfi təsir edəcək".
Ekspert onu da qeyd etdi ki, hələ Ümumilli lider Heydər Əliyevin hakimiyyəti illərində, daha sonra isə Prezident İlham Əliyev tərəfindən banklara həddindən artıq dəstək göstərilmişdi. Bu gün onlara göstərilən dəstəyin əvəzində banklar problemli kreditləri ortaya atır: "Təbii ki, burada sual ortaya çıxır ki, bunun üçün nə etmək lazımdır. Dünya praktikasında bu hallarda böyük nizamnamə kapitalına malik banklar qeyd etdiyim problemi tərkibinə qatır, bundan əlavə banklar gərək likvididlik üçün müəyyən kreditlər cəlb etməlidir, ya xarici institutlardan və ya xarici banklardan, ya Mərkəzi Bankdan və yaxud digər böyük likvididliyə malik banklardan. Təbii ki, bu halda vəziyyət asan olmayacaq. Hər halda maliyyə hesabatına əsasən vəziyyəti ağır olan bankın riskləri idarə edildikdən sonra həmin şəxslərə kreditlər verilir, bu vəziyyətdə ağır vəziyyətdə olan banklara kredit verilsin. Dövlət dəstəyi təbii ki, ola bilər. Amma nəzərə alaq ki, banklara dövlət zamanında Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə həddindən artıq dəstək göstərmişdir və həmçinin Prezident İlham Əliyevin banklara dəstəyi və tövsiyyələri əvəz edilməzdir. Amma banklar təbii ki bu dəstəyə sədaqəti çox davam etdirə bilmədilər. Bu gün Problemli kreditlər artıq buna əyani sübutdur. Amma təbii ki, zamanında fəaliyyətini düzgün qurmuş banklar və risklərini düzgün idarə etmiş banklar bu vəziyyətdən rahatca çıxdılar və çıxacaqlar. Ümid edək ki, dövlətimiz bir sıra bankların ağır vəziyyətlərində onlara bir daha öz dəstəyini göstərəcək".