"Qara qızıl" bahalaşır

14 Aprel 2015 09:51 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar artaraq 52,44 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar artaraq 58,45 dollar olub.