Quba rayonuna qar yağır

13 Aprel 2015 18:17 (UTC+04:00)

Gecə saatlarından başlayaraq Azərbaycanın Quba rayonuna qar yağmağa başlayıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yağıntı rayonun dağətəyi hissəsinə az düşşə də, dağlıq ərazilərdə nisbətən çox yağıb.

Yağıntılar rayonun kommunikasiya və nəqliyyat sahəsində hər hansı problem yaratmayıb. Qar yerli sakinləri də çaş-baş salıb. Yaz ayında yağan qar hər tərəfi ağ örpəyə bürüyüb. Ancaq bu qar bərk deyil.

Dağlıq kənd və qəsəbələrə gedən yollar yerli icra qurumlarının əməkdaşları tərəfindən təmizlənir və nəqliyyatın hərəkəti üçün şərait yaradılır. Yağan qar gələn turistləridə sevindirib. Paytaxtdan gələnlər əsl surprizlə rastlaşdılar.

Quba Regional hidrometrologiya müəssəsinin verdiyi xəbərə görə, səhər saatlarında Qubanın Qrız 11, Buduq 12, Xınalıq 5, Xaltan 1, Qonaqkənd 12, Nohurdüzü 14, sm və Qusarın Ləzə kəndində isə 7 sm-ə kimi qar yağıb. Hal-hazırda yağıntılı hava şəraiti davam edir. Yağan qar bəzilərini sevindirsədə bir sıra çeyirdəkli meyvələr üçün təhlükəlidir. Qar oyanmış ağacları dondurub.

Quba Regional hidrometrologiya müəssəsinin verdiyi məlumata görə, Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin ayın 14-dək davam edəcəyi gözlənilir.

Emin Kərimov, Quba