ABŞ Rusiyaya nota verdi

13 Aprel 2015 14:35 (UTC+04:00)

ABŞ keçən həftə Rusiyaya məxsus bir təyyarənin Baltik dənizi üzərində onların təyyarəsini təhlükəli vəziyyətlə qarşı-qarşıya qoymaq səbəbi ilə Rusiyaya etirazını bildirib. SİA-nın xəbərinə görə, Rusiyanın SU-27 döyüş təyyarəsi Baltik dənizi üzərində kəşf uçuşu edən RC-135U tipli Amerika təyyarəsinə toxunacaq qədər yaxınlaşıb. Məhz ona görə də, ABŞ-da Müdafiə Nazirliyinin Pentaqon sözçüsü Mark Rayt yaşanan hadisənin ardından Rusiyaya etiraz bəyanatı verib.

Mark Rayt "bir pilotun diqqətsiz hərəkətləri ölkələr arasındakı təzyiqin yüksəldilməsi potensialına də sahib olacaq qədərdir" ifadəsini işlədərək, məlum hadisənin Rusiyanın Ukraynaya müdaxiləsi səbəbi ilə dəyişən təhlükəsizlik mühitindən qaynaqlandığını da qeyd edib.

Rusiya tərəfi isə ABŞ təyyarəsinin Rusiya hava sahəsinə doğru uçarkən görüldüyünü, alıcı-verici kanalı olan transponder qurğusundan bağlanıb halda uçduğunu iddia edib.

İntizarə Məmmədova