ABŞ Rusiyaya məxsus təyyarənin Baltik dənizi üzərində ABŞ təyyarəsinə hücumu səbəbilə adıçəkilən ölkəyə nota göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rus "SU-27" döyüş təyyarəsi Baltik Dənizi üzərində kəşfiyyat uçuşu edən zaman "RC-135 U" tipli Amerikan təyyarəsi ilə toqquşma məsafəsində tutulub. Bu hadisənin təhlükəli və peşəkarlıq xarici olduğunu deyən Pentaqon sözçüsü Mark Vrayt baş verən hadisədən sonra Rusiyaya etiraz məktubu göndərildiyini deyib.
Vrayt verdiyi açıqlamada bunları qeyd edib: "Havada peşəkarlıqdan kənar hərəkətlərlə hadisənin daxilində olan bütün təyyarə ekipaj üzvləri ölüm təhlükəsi daşıyıb. Ən önəmlisi isə, pilotun diqqətsiz hərəkətləri, ölkələr arasındakı vəziyyətin dəyişməsinə də gətirib çıxarda bilər".