20 min manatı oğurlayanlar tutuldu

13 Aprel 2015 12:25 (UTC+04:00)

Bakıda 20 min manata yaxın pul və zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 25-də Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.

Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəllüdlü İlqar Nazim oğlu Aslanov tutulub.