“Rabitə” Azərbaycan Super Liqasının qalibi olub

13 Aprel 2015 11:48 (UTC+04:00)

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində qızıl medal uğrunda həlledici qarşılaşmada "Rabitə" "Lokomotiv"lə üz-üzə gəlib. Oyunda "Rabitə" 3:1 hesablı qələbə qazanıb və Super Liqanın qızıl medallarına sahib olub.

Xatırladaq ki, ilk qarşılaşamda da "Rabitə" bu hesabla qəlib gəlmişdi.

"Rabitə" və "Lokomotiv" Çempionlar Liqası, "Azəryol" Avropa Voleybol Konfederasiyası (CEV) kuboku, "Azərreyl" isə Çellenc kuboku yarışlarında mübarizə aparacaq.