Obama ailəsinin illik gəliri açıqlandı

11 Aprel 2015 11:22 (UTC+04:00)

93 min dollar isə vergi ödəyib. ABŞ prezidenti Barak Obama və Mişel Obamanın 2014-ci ildəki gəlirləri 477 min 383 dollar olub. SİA-nın məlumatına görə, Obamanın yazdığı kitablardan əldə etdiyi gəlirin düşməsi səbəbiylə, cütlüyün hazırkı gəlirlərində azalma müşahidə edilir.

Ən böyük gəliri prezidentlik maaşı olan Obama, bu vəzifəsindən illik 400 min dollar əldə edir. Obamanın maaşı xaricində cütlüyün ən böyük gəlir mənbəyi isə prezident Obamanın 1995 və 2006-ci illərdə yazdığı iki kitabın satışından əldə etdiyi qazanc olub. Ancaq açıqlanan rəqəmlərə görə Obamanın kitablardan əldə etdiyi gəlirlərdə hər il azalma müşahidə olunur. Cütlük ötən il ərzində xeyriyyə tədbirlərinə 70 min 712 dollar pul xərcləyib.

Qeyd edək ki, Obama ailəsi 2012-ci ildə 662 min dollar qazanarkən, 2013-cü ildə bu rəqəm 503 min dollar olub. Barak Obama, ən yüksək gəliri isə prezident kreslosuna əyləşdiyi 2009-ci ildə əldə edib. Belə ki, həmin il Obama kitab satışları və Nobel Sülh Mükafatını qazanması səbəbilə 5,5 milyon dollarlıq gəlir əldə edib.