Ulduz Elçilər "Baku2015 Challenge"ə start verdilər

11 Aprel 2015 10:39 (UTC+04:00)

"Bakı-2015" I Avropa Oyunlarına dəstək olmaq və insanları idmana daha da yaxınlaşdırmaq məqsədilə "Baku2015 Basketball Challenge"ə start verilib. SİA-nın "Bakı-2015" I Avropa Oyunlarının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarış yaradıcı basketbol atışları edib, eyni və ya daha yaxşı atışlar üçün estafeti başqalarına ötürməkdən ibarətdir.

"Baku2015 Challenge"ə "Bakı-2015"in Ulduz Elçisi Miri Yusif başlayıb.

"Bakı-2015"in İdman Elçisi Amil Həmzəyev Miri Yusifin "Baku2015 Challenge" təklifini qəbul edib.