Astara polisi narkotik vasitələrin qanunsuz olaraq əldə etmə və saxlanması ilə məşğul olan rayon sakinini saxlayıb. SİA-nın Cənub bürosunun məlumatına görə, narkotik vasitələrin satışında şübhəli bilinən Astara şəhər sakini Seymur Əliyevi saxlamaq hüquq-mühafizə orqanlarına heç də asan başa gəlməyib. Belə ki, onu saxlamaq istəyən polis işçilərinə müqavimət göstərən Seymur Əliyev idarə etdiyi avtomobili əməliyyat işçilərinin üzərinə sürərək, Mircavad Ramazanov və Ayaz Hüseynova xəsarət yetirib. Avtomobili qoyaraq qaçan Seymur Əliyev məsuliyyətdən yayına bilməyib.
Narkotik vasitələrin satışında təqsirli bilinən Seymurun idarə etdiyi avtomobilə və evinə keçirilən baxış zamanı oradan müxtəlif növdə ümumi çəkisi 10 kq olan narkotik vasitə aşkar edilərək götürülüb.
Ümumi çəkisi 6 kq 450 q narkotik vasitə olan heroin, 1kq 470 q tiryək, 370 q həşiş qətranı, 234q metofitamin və "makarov" tipli qaz silahı aşkar edilərək götürülüb.
Seymur Əliyev narkotiki tanımadığı İran vətəndaşından aldığını və narkotik vasitələrin istifadəçisi olduğnu etiraf edib.
Faktla bağlı cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılaraq araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu