"Regionda elektron hökümət portalından istifadə ya demək olar ki yoxdur, ya da kopyalama vasitəsindən istifadə olunur". Bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, rayon icra hakimiyyətləri tərəfindən qurulan elektron portalların gələcəkdə elektron hökumət portalına inteqrasiyası çətin bir proses olacaq. Bunun üçün indidən konsepsiya hazırlanmalıdır: "Lakin artıq regionlarda elektron hökumət portalından istifadə istiqamətində iş qurulur. Ama bununla bağlı hər hansı qanun layihəsi yoxdur. Ayrı – ayrı qurulacaq icra hakimiyyətlərinin elektron portalları gələcəkdə elektron hökümət portalına qoşulmada problem yarada bilər. 2013- 2015-ci illərdə Aazərbaycanda elektron hökumətin inkişafı ilə bağlı konsepsiya hazırlansa da, bu proqram Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilmədi. İlk növbədə konsepsiya olmalıdır. Daha sonra bununla bağlı proqram yaradılaraq bütün regionlarda istifadəyə verilməlidir".
Data mərkəzinin yaradılması məsələsinə də toxunan ekspert bildirdi ki, dünyada belə bir termin yoxdur. Lakin bulud texnologiyası ilə mobil şirkətlər ofislər olmadan fəaliyyət göstərə biləcəklər: "Data mərkəz" adlı dünyada bir termin yoxdur. Bulud texnologiyası var. Dünyada bu texnologiyadan istifadə etməklə ofislərə ehtiyac olmadan mobil rabitə şirkəti yaradılacaq. Gələcəkdə Azərbaycanda mobil rabitə şirkətlərin elektron portala qoşulması sual altında ola bilər. Əsas məsələ bunu düşünərək konsepsiya hazırlamaqdır".