Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) növbəti nəşri – ingilis dilində tərtib edilmiş "Candles (101 verses)" – "Şamlar (101 şeir)" adlı şeir antologiyası işıq üzü görüb. ATM-dan SİA-ya verilən məlumata görə, 55 Azərbaycan şairinin 101 şeirinin yer aldığı bu kitab, zəngin ənənələrə malik poeziyamızın müasir mənzərəsinin beynəlxalq müstəviyə çıxarılması istiqamətində mərkəzin həyata keçirdiyi ilk nəşrdir.
Kitabı ingiliscəyə filologiya üzrə fəlsəfə doktoru, yazıçı Kamran Nəzirli tərcümə edib.
Azərbaycanın müasir poeziyasını beynəlxalq kitab sərgilərində təmsil edəcək bu kitaba Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Əli Kərim, Məmməd Araz, Zəlimxan Yaqub, Fikrət Qoca, Nəriman Həsənzadə və digər şairlərin şeirləri daxil edilib.