Yeni quyuya sutkada 100 min kubmetr qaz vurulacaq

10 Aprel 2015 00:25 (UTC+04:00)

"Qaradağ" yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə 486 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb. Qaz anbarları istismarı idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən məhsuldar qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3 min 100 metrdir. Quyuya sutkada 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib./azertag.az/