İnşaat işçilərinə fəxri adlar verildi

9 Aprel 2015 20:31 (UTC+04:00)

İnşaat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Rəsmi sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"İnşaatçılar Günü" peşə bayramı münasibətilə və Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar Mühəndis"

Abdullayev Rüfət Tofiq oğlu

Dadaşov Qərib Kamran oğlu

Mehralıyev Rəfail İsa oğlu

Nəcəfov Cavid Xamis oğlu

Nəsibov Emin Saday oğlu

Ömərov Nüsrət Bayram oğlu

Paşayev Qorxmaz Əli oğlu

Siraclı Qeys Məmməd oğlu

Şirinov Mənaf İsbəndiyar oğlu

"Əməkdar Jurnalist"

Allahverdiyev Zərbalı Mirzə oğlu.