Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin mart ayında dövlət büdcəsinə 113 milyon 714 min manat vəsait ödənilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə. ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında büdcəyə 340 milyon 443 min manat vəsait ödənilib.
Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 229 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 34 milyon 686 min manat təşkil edib.