İnsanlar telefonla oyun oynamağa daha çox üstünlük verirlər. Mobil telefon hər zaman insanın üstündə olduğundan yarımçıq qalan oyunu istənilən vaxt davam etdirmək asan olur. Bu oyunlar kənardan insan düşüncəsini və qabiliyyətini ortaya qoyurmuş kimi görsənsə də əslində proqramçıların tələsidir.
Asudə vaxtımızda, vacib iş üçün evdən çıxanda, ictimai nəqliyyat və metroda əlimizdəki telefon vasitəsiylə müxtəlif oyunlar oynayırıq. Bir mərhələdən digərinə keçmək üçün isə günümüzün yarısından çoxunu sərf edirik. Amma bir çoxlarının xəbəri yoxdur ki, bu kimi oyunlar insanda asılılıq yaradır. Smartfonla oyunlar insanların ən əsas məşğuliyyətinə çevrilib.
Əvvəl asan başlayan oyunlar çətinləşdikcə oynayanın çiləsinə çevrilir. Məsələn son aylarda milyonlarla insanın endirib oynadığı "AA" oyunu. Bu oyunu oynayarkən gərginləşməyən insan yəqin ki yoxdur. Virtual oyunlar xüsusilə də gözlərə ziyan vurur. Eyni nöqtəyə uzun müddət baxan gözlərin zəiflənəmə təhlükəsi var.
Həkimlər məsləhət görür ki, virtual oyuna gün ərzində maksimum 2 saat vaxt ayrılsın. Ancaq həmin müddət 15-20 dəqiqə kimi hissələr ayrılsın ki, stres və yorğunluqdan dincəlmək məqsədi daşısın.