Norveç-Azərbaycan oyunu harada olacaq?

9 Aprel 2015 00:43 (UTC+04:00)

AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. Norveç - Azərbaycan qarşılaşması iyunun 12-də, Oslo şəhərindəki "Ullevol" stadionunda keçiriləcək.

Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.

Xatırladaq ki, AÇ-2016-nın seçmə mərhələsində 5 turdan sonra aktivində 3 xal olan millimiz turnir cədvəlində 5-ci pillədədir.