Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib. SİA-nın məlumatına görə, Norveç - Azərbaycan qarşılaşması iyunun 12-də, Oslo şəhərindəki "Ullevaal" stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.