Kərimin sevgi nümayişi

8 Aprel 2015 11:31 (UTC+04:00)

Müğənni Kərim Abbasov həyat yoldaşına bəstə həsr edib. Bu haqda ifaçı özü məlumat verib: "Yeni mahnı üzərində çalışırdım. Nəhayət ki, hazır oldu. Həmin bəstəni öz həyat yoldaşıma həsr etmişəm. Bu mahnı ilə xanımıma onu nə qədər çox sevdiyimi, sadiq qaldığımı, dəyər verdiyimi bildirmişəm. Sözügedən mahnı "Gülüm" adlanır. Bəstənin sözləri Vüqar Rahiyə, musiqisi özümə aiddir".