Artur Rasizadə təltif edildi

8 Aprel 2015 10:46 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Artur Rasizadəni "Xalqlar Dostluğu" ordeni ilə təltif edib. SİA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu barədə aprelin 7-də sərəncam imzalayıb.

A. Rasizadə iki ölkə arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına, möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif olunub.